Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Yük avtomobillərində siqaretlər aşkarlandı

Yük avtomobillərində siqaretlər aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 7 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Belə ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn yük nəqliyyat vasitələri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 8880 ədəd müxtəlif markalı siqaret aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

 DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

23 Fevral 2021 00:00
195