Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Yük avtomobillərində siqaret aşkarlandı

Yük avtomobillərində siqaret aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda ölkəmizə gələn 10 ədəd "Mercedes Benz" markalı  yük avtomobili saxlanılıb və sürücüləri  şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı sürücülər nəqliyyat vasitəsində, üzərində  gömrük nəzarətindən gizlədilən və qanunla qadağan olunan hər hansı predmetin olmadığını bildiriblər.Yoxlama zamanı isə nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 19 920 ədəd müxtəlif markalı siqaret aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

9 Avqust 2021 00:00
195