Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Nəqliyyat vasitəsində dərman preparatları aşkarlandı

Nəqliyyat vasitəsində dərman preparatları aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda ölkəmizə gələn "Mercedes-Benz" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və sürücü sifahi sorğu-sual olunub.Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.Gömrük baxışı zamanı isə avtomobilin salonunda, yataq yerinin yanındakı divar içliyində və dartıcının yan ciblərində gömrük nəzarətindən gizlədilən 260 ədəd dərman preparatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

9 Avqust 2021 00:00
195