Avtomobillərdə dərman preparatları aşkar edilib
14-Sentyabr-2021 492
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi 2 ədəd "DAF" markalı yük avtomobilləri saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 7200 kapsul və 43 ədəd müxtəlif adda dərman preparatları, 199 ədəd ineksiya üçün iynə, 94 ədəd vakum test borusu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi