Avtomobillərdə müxtəlif markalı siqaretlər aşkarlandı
01-Oktyabr-2021 467

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 8 fakt üzrə tütün məmulatlarının qanunsuz yol ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb.

Belə ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda 6 ədəd "Mercedes Benz", "DAF" və "Volvo" markalı yük nəqliyyat vasitələri saxlanılıb, avtomobillərin sürücüləri şifahi sorğu-sual olunublar.

Sorğu-sual zamanı vətəndaşlar idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən ümumilikdə 16 760 ədəd müxtəlif markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi