Avtomobildə narkotik vasitə aşkarlandı
04-Oktyabr-2021 490

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "Volvo" markalı nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı avtomobilin salonundakı yataq yerinin altında, kağıza bükülü halda gömrük nəzarətindən gizlədilən, ümumi çəkisi 6,4 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi