Nəqliyyat vasitəsində siqaretlər aşkarlanıb
04-Oktyabr-2021 466

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "DAF" markalı nəqliyyat vasitəsi saxlanılıb. Avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı avtomobilin dartıcısı ilə qoşqusu arasında olan su qabının və hava filtirinin içərisində gömrük nəzarətindən gizlədilən 10 400 ədəd müxtəlif markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi