Asiya və Sakit Okean Regionunun Ticarətin Asanlaşdırılması üzrə 2011-ci il Forumu keçirilmişdir
14-Oktyabr-2011 510

Oktyabrın 2-10 tarixlərində Koreya Respublikasının Seul şəhərində Asiya və Sakit Okean Regionunun Ticarətin Asanlaşdırılması üzrə 2011-ci il Forumu, BMT-nin Kağızsız Ticarət üzrə Ekspertlər Şəbəkəsinin Məşvərət Komitəsinin iclası və BMT-nin Kağızsız Ticarət üzrə Ekspertlər Şəbəkəsinin “Ticarətin Asanlaşdırılması üçün Məlumatların Harmonikləşdirilməsi” mövzusunda iclasları keçirilmişdir. Tədbirlərdə Dövlət Gömrük Komitəsi Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev iştirak etmişdir.

İ. Babayevdən aldığımız məlumata görə, Asiya və Sakit Okean Regionunun Ticarətin Asanlaşdırılması üzrə 2011-ci il Forumunun açılış mərasimində BMT-nin Asiya və Sakit Okean Regionu üzrə İqtisadi və Sosial Komissiyasının Ticarət və İnvestisiya bölməsinin direktoru Ravi Ratnayake, Koreya Respublikasının Bilik İqtisadiyyatı nazirinin müavini H.E.Jin-Hyun Han, Asiya İnkişaf Bankının Şərqi Asiya Departamentinin Regional əməkdaşlıq üzrə baş mütəxəssisi Ying Qian və Koreya Beynəlxalq Ticarət Assosiasiyasının direktoru Ki Sung Lee giriş sözü ilə çıxış etmişlər. Daha sonra sərhəd keçid məntəqələrində ticarətin asanlaşdırılması, beynəlxalq təchizat zəncirinin əhəmiyyəti, “bir pəncərə” prinsipinin yeni mərhələləri, real tərəqqiyə nail olmaq və səmərələliliyin qiymətləndirilməsivə s. digər məsələlər üzrə məruzələr dinlənilmişdir.

Forum öz işini plenar iclasdan sonra “Təchizat zəncirinin əhəmiyyəti: çağırışlar və düşüncələr”, “Bir pəncərə” prinsipinin konsepsiyasının inkişaf etdirilməsi və tətbiqi”, “Regional inkişaf: Real tərəqqiyə nail olmaq və səmərələliliyin qiymətləndirilməsi” və “Beynəlxalq təchizat zəncirinin təhlükəsizliyi: problemlər və həllər” bölmələri üzrə davam etdirmişdir.

Xatırladaq ki, üçüncü  bölməyə Azərbaycan nümayəndəsi sədrlik etmiş,  eyni zamanda burada və expertlər qrupunun iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində həyata keçirilən layihələr haqqında ətraflı məruzəni tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Oktyabrın 6-da BMT-nin Kağızsız Ticarət üzrə Ekspertlər Şəbəkəsinin Məşvərət Komitəsinin geniş iclası keçirilmiş, Azərbaycan nümayəndəsi bu iclasda respublikamızda həyata keçirilən layihələr və elektron gömrük xidmətlərinin təşkili ilə bağlı məruzə etmişdir. Komissiyanın iclasında ümumiyyətlə kağızsız texnologiya layihəsinin əsas prinsipləri üzrə müzakirələr aparılmışdır.

Komissiyanın iclasından sonra Koreya Respublikasının Torpaq, Nəqliyyat və Dəniz İşləri üzrə Nazirliyinin təşkil etdiyi ekskursiya əsasən İNCHEON Portuna səfər edilmiş və burada təchizat zənciri üzrə avtomatlaşdırılmış idarəetmə sisteminin yeni versiyasının təqdimatı olmuşdur.

Oktyabrın 7-8 tarixlərində isə Məlumatların Harmonikləşdirilməsi və ÜGT-nin Məlumat Modeli 3.0 üzrə treyninq keçirilmişdir. Treyninqdə əsasən Məlumatların Harmonikləşdirilməsi layihəsinin mahiyyəti, bu layihənin idarə edilməsi prinsipləri, Məlumatlar Bazasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri, bu sistem üzrə ÜGT standartlarının izahı, Electron Ticarət sənədinin yaradılması metodları, Koreya Respublikası və Tailandın təcrübələsi və s. bu istiqamətdə digər məsələlər nəzərdən keçirilmişdir. Məlumatların Harmonikləşdirilməsi və Məlumat Modeli 3.0 layihəsinin əsas mahiyyətinin açıqlanarkən qeyd olunmuşdur ki, ticarətdə dövr edən sənədlərin eyniləşdirilməsi və kodlaşdırılması, bu sənədlərdəki məlumatların vahid standartlar əsasında yaradılması və xüsusi proqram təminatı vasitəsilə məlumatların harmonikləşdirməsi ticarətin asanlaşdırılması istiqamətində aparılan əsas işlərdən biridir.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində həyata keçirilən layihələr yüksək qiymətləndirilmiş və ticarətin asanlaşdırılmasında Azərbaycan Gömrük Xidmətinin təcrübəsi və rolu xüsusilə vurğulanmışdır.

İ. Babayevin sözlərinə görə, forumun yekunuda Bütün ölkələrin Ticarətin Asanlaşdırılmasının təhlili və qiymətlən­dirilməsi üzrə hesabatlardan tam şəkildə istifadə etməsi; Ticarətin asanlaşdırılması sahəsində aparılan fəaliyyətin ECO, SCO və digər beynəlxalq təşkilatların əvvəl həyata keçirdiyi layihələrə inteqrasiya olunması; Biznes Prosesin təhlili, sadələşdirilməsi və avtomatlaşdırılması; Mərkəzi Asiya ölkələri ticarətin asanlaşdırılması alətindən istifadə etdiyi halda sərhəd keçid məntəqələrinin və nəqliyyat dəhlizinin əhəmiyyətini daha da artırar; “Buraxılış vaxtın ölçülməsi”nin ümumi metodologiyasının Bir Pəncərə sistemində tətbiq olunması; Regionlarda “Bir Pəncərə” layihəsinin tətbiqi və əhəmiyyəti ticarətin asanlaşdırılmasında əsas rol oynayır; Ticarətin Asanlaşdırılması milli təşkilatların rəhbər və orta vəzifəli şəxslərinin dəstəyi əsasında həyata keçirilməsi mümkündür. Regionlarda potensialın gücləndirilməsi, uğurlu təcrübələrin öyrənilməsi və tətbiqi işlərinə daima tələbatın olması müsbət hal kimi qiymətləndirilir. BMT-nin Kağızsız Ticarət üzrə Ekspertləri Bir pəncərə prinsipinin tətbiqində potensialın gücləndirilməsi xidmətlərini və dəstəyini bütün ölkələrdə təmin etməsi; Mərkəzi və Şərqi Asiya ölkələrində şəffaflığın və səmərəliliyin təmin edilməsində kağızsız ticarət texnologiyası mühüm əhəmiyyət kəsb edir. Bu texnologiya beynəlxalq standartlar çərçivəsində yaradılmalıdır. Ölkələrin birgə fəaliyyət nəticəsində region üçün elektron sənədlərin yaradılması təklifləri oxunmuş və qəbul edilmişdir.