Gömrük əməkdaşları növbəti dəfə genişmiqyaslı ağacəkmə tədbirinə qoşulub
27-Noyabr-2021 527

Noyabrın 27-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaşıl Marafon" ağacəkmə kampaniyasına Dövlət Gömrük Komitəsinin əməkdaşları və "Könüllü gömrükçü" dəstəsinin üzvləri də qoşulub.

Ekologiya və Təbii Sərvətlər və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliklərinin, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmilərinin, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərinin də iştirak etdiyi aksiya zamanı Bakının Xocasən qəsəbəsinin 3 hektar ərazisində Abşeron yarımadasının iqliminə uyğun 2500-dən çox müxtəlif cinsli ağac əkilib.