Taekvondo yığmamız Avropa çempionatında çıxış edəcək
08-Avqust-2009 690
Taekvondo yığmamız Avropa çempionatında çıxış edəcək
 
Azərbaycanın gənclərdən ibarət taekvondo yığma komandası avqustun 14-dən 23-dək Polşada keçiriləcək Avropa çempionatında çıxış edəcək.
Komandaya Elvin Məmişzadə (48 kq), Elvin İsalı (51 kq), Elvin Əliyev (54 kq), Qaybatulla Kabzxiəliyev (60 kq), Tamerlan Abdullayev (64 kq), Emil Əhmədov (69 kq), Murad Ağamalıyev (75 kq) və Fərid Paşayev (91 kq) daxildir.