Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı

Azərbaycan Respublikasının
2003-cü il 23
dekabr tarixli,
564-IIQ №-li Qanunu ilə
təsdiq edilmişdir

 

Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı

1. Döyüş təyinatlı hərbi texnika.

2. Qanunla dövriyyəsi qadağan edilən silahlar və döyüş sursatı.

3. Dövlət hakimiyyəti orqanlarının rabitə şəbəkəsi, müdafiə, təhlükəsizlik və asayişi mühafizə ehtiyacları üçün nəzərdə tutulan rabitə şəbəkələri.

4. Müdafiə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, hərbi əks-kəşfiyyat, xüsusi dövlət mühafizə xidməti orqanlarının şəxsi heyətinin xüsusi ləvazimatı və onların istehsalına və işlədilməsinə dair normativ-texniki sənədlər.

5. Hərbi səfərbərlik təyinatlı əmlak.

6. Dövlət kəmiyyət vahidləri etalonları.

7. Dövlət, peşə, qulluq, bank, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına dair məlumatları əks etdirən sənədlər.

8. Azərbaycan Respublikasının qızıl ehtiyatı və əyar damğası.

9. Pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıq.

10. Qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr.

11. İnsan orqanı və (və ya) toxumaları (gözün buynuz qişası istisna olmaqla).

12. Tətbiqi müəyyən edilmiş qaydada qadağan edilmiş dərman vasitələri.

13. Rəsmi sənədlər, şəxsiyyəti təsdiq edən sənədlər, Azərbaycan Respublikasının dövlət təltifləri.

14. Dövlət arxiv fondunun sənədləri.

15. Hazırlanmasının və ya uyğunlaşdırılmasının əsas məqsədi kibercinayətlər törətmək olan qurğular və ya kompüter proqramları.

16. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları.

18. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsulları.

19. Diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlar.

20. Keçirici naqillərlə birləşdirilmiş elektrik siqnal generatoru və akkumulyatordan (batareya) ibarət, balıq və digər su bioresurslarını elektrik cərəyanı vasitəsilə ovlamaq üçün istifadə edilən balıqtutan cihazlar.