Azərbaycan Respublikasında
idxal-ixrac əməliyyatlarının
tənzimlənməsi Qaydalarının
1 nömrəli Əlavəsi
İxracı və idxalı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
sərəncamı əsasında aparılan malların
Siyahısı
Malların adı |
XİF ƏN kodu |
Silah və hərbi texnika, onların istehsalı üçün zəruri olan ehtiyat hissələri |
8710, 8802 (8802 11 100, 8802 12 100, 8802 20 100, 8802 30 100, 8802 40 100 istisna olaraq); 8803 (8803 10 100, 8803 20 100, 8803 30 100, 8803 90 910 istisna olaraq); 8906 00 100, 9301, 9302, 9305 (ancaq döyüş silahlarına aiddir); 9306 (9306 10 000, 9306 29 100, 9306 30 910, 9306 30 930 istisna olaraq); 9013, 9013 10 100, 9013 20 000, 9013 80 000, 9014 (ancaq hərbi təyinatlı olanlara); 8526 (ancaq hərbi təyinatlı olanlara) |
Barıt, partlayıcı maddələr, partlayış və pirotexnika vasitələri |
3601 (ovçuluq barıtı istisna olmaqla); 3602 — 3604 |
Nüvə materialları, texnologiyaları, avadanlıqları və qurğuları, xüsusi qeyri-nüvə materialları, radioaktiv şüalanma mənbələri, radioaktiv tullantılar da daxil olmaqla |
|
Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələr, habelə kimyəvi zəhərlər |
|
Silahlanma və hərbi texnikanın yaradılması üçün istifadə olunan elmi-texniki məlumatın və texnologiyaların, material və avadanlıqların ayrı-ayrı növləri |
|
Qan, qan komponentləri və onlardan hazırlanan preparatlar |
|
Emal edilməmiş almazın ixracı |
Qeyd: «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları»nın 1 nömrəli əlavəsinin siyahısı yivli və yivsiz idman, ov silahlarının və ya hədəfə atəş açmaq üçün digər silahların, kombinasiya edilmiş yivli və yivsiz silahların, onların hissə və ləvazimatlarının, patronlarının, pnevmatik silahlar üçün gülləciklərin (3601 (yalnız ov üçün nəzərdə tutulan barıt), 9305 (döyüş sursatı istisna olmaqla, yalnız ov və idman üçün nəzərdə tutulan mallar); 9306 21 000 0; 9306 29 400 0; 9306 29 700 0) idxalına və ixracına şamil edilmir və göstərilən malların (əşyaların) idxalı və ixracı Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli fərmanı ilə təsdiq edilmiş «Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması qaydaları»na uyğun olaraq tənzimlənir.
Azərbaycan Respublikasında
idxal-ixrac əməliyyatlarının
tənzimlənməsi Qaydalarının
2 nömrəli Əlavəsi
İxracı və idxalı
müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin
və əqli mülkiyyətin)
Siyahısı
Malların adı |
Malın XİF ƏN kodu |
Rəyi tələb olunan dövlət orqanları |
İxrac |
||
Çöl heyvanları, yabanı bitkilər və qazıntılarda tapılmış heyvan sümükləri |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
|
Vəhşi heyvanlardan və yabanı bitkilərdən dərman istehsalı üçün xammal; ilan, böyə və əqrəb zəhərləri |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi |
|
Azərbaycan Respublikası ərazisində quruda və dəniz iqtisadi zonası hüdudlarında yerləşən istilik enerji və mineral xammal yataqları haqqında və rayonlar üzrə məlumat |
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
|
İxtiralar, «Nou Hau» və elmi tədqiqat işlərinin nəticələri (ixrac nəzarətinə düşənlər istisna olmaqla) |
Azərbaycan Respublikası Elmlər Akademiyası, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi |
|
İncəsənət əsərləri, kolleksiya əşyaları və əntiq mallar |
9701 — 9706 |
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi |
Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
|
Sərgi, qastrol səfərləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirləri və bərpa işləri ilə əlaqədar, Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlər |
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi |
|
İdxal |
||
Bitkilərin mühafizəsi üçün istifadə edilən kimyəvi vasitələr |
3803 |
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi |
Baytarlıq xidmətində tətbiq edilən dərman, bioloji preparatlar və baytarlıq ləvazimatları |
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi |
|
Dərman vasitələri, o cümlədən Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr və tibbi ləvazimatlar |
30
qrup |
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi |
Azərbaycan Respublikası ərazisində xidmətlərin göstərilməsi: |
||
inşaat fəaliyyəti (mühəndis-axtarış, layihə, tikinti-quraşdırma və buraxılış-sazlama işləri) |
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
|
yük və sərnişin daşınması, nəqliyyat ekspeditor xidmətləri |
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
|
rabitə xidmətləri (beynəlxalq, şəhərlərarası, şəhər, kənd, sellülar, reysinq, radiotrank, kabel televiziyasının qurulması və istismarı, sürətli poçt xidmətlərinin göstərilməsi) |
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
|
vəkillik və digər hüquqi xidmətlər |
Ədliyyə Nazirliyi |