Xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının siyahısı

Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 12 sentyabr tarixli,
292 №-li Fərmanı ilə
təsdiq edilmişdir
Əlavə 2

Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının

Siyahısı

Sıra №-si

Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar

Xüsusi icazə verən icra hakimiyyəti orqanı

1.

Hərbi silah və sursat istehsal etmək üçün avadanlıq

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəyi nəzərə alınmaqla)

2.

Döyüş təyinatlı hərbi texnikanı istehsal etmək üçün avadanlıq

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəyi nəzərə alınmaqla)

3.

Xidməti və mülki silah

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (Azərbaycan Respublikasına səfərləri zamanı xarici dövlət və hökumət başçılarını, onların ailə üzvlərini, beynəlxalq təşkilatların rəhbərlərini, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxslərini müşayiət edən həmin dövlətlərin və təşkilatların mühafizə xidmətlərinin əməkdaşları tərəfindən öz xidməti vəzifələrini icra etmək məqsədi ilə xidməti silahın və onun döyüş sursatının Azərbaycan Respublikasına gətirilməsinə və Azərbaycan Respublikasından aparılmasına münasibətdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti)

4.

Kosmik-peyk rabitə vasitələri

Xüsusi məxfi rabitə vasitələri və şifrləri, bu vasitələrin və şifrlərin istehsalı üçün nəzərdə tutulan avadanlıq

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəyi nəzərə alınmaqla) Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

5.

Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələri

Azərbaycan Respublikasının Energetika Nazirliyi

6.

İonlaşdırıcı şüa mənbələri, o cümlədən radioaktiv maddələr, belə mənbələrin və maddələrin istehsalı üçün nəzərdə tutulan avadanlıq, təsərrüfat-məişət və tibbi əhəmiyyətli aparatlar istisna olmaqla, şüa verən aparatlar

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

7.

Qiymətli kağızların çap edilməsi üçün avadanlıq və belə avadanlığın istehsalı üçün avadanlıq

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının rəyi nəzərə alınmaqla)

8.

Qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr və prekursorlar, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyi nəzərə alınmaqla)

9.

Partlayıcı maddələr və qurğular

Tezalışan maddələr və pirotexniki məmulatlar

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

10.

Ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

11.

Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlıq

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyi nəzərə alınmaqla)

12.

Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (rabitə şəbəkələrindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrə münasibətdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti)

13.

Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğular

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəyi nəzərə alınmaqla)

14.

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülər

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

15.

Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi («Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun müəyyən olunmuş milli əlaqələndirici institutun qərarı nəzərə alınmaqla)

16

Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsulları

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

17

Məsafədən idarə edilən pilotsuz uçan aparatla

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəyləri nəzərə alınmaqla)

18.

Gözün buynuz qişası

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

Qeyd: Siyahının 1-ci, 2-ci, 3-cü, 6-cı, 8-ci, 9-cu və 11-ci bəndlərində göstərilən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların idxal-ixrac əməliyyatları «Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi haqqında Qaydalar»ın 7-ci bəndinə əsasən müstəsna olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları əsasında həyata keçirilir.