Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.

Mülki dövriyyəsi məhdudlaşdırılmış mallar

Mülki dövriyyəsi məhdudlaşdırılmış mallar

Hərbi silah və sursat istehsal etmək üçün avadanlıq

1. Hərbi silah və sursat istehsal etmək üçün avadanlıq (Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəyi nəzərə alınmaqla).

Döyüş təyinatlı hərbi texnikanı istehsal etmək üçün avadanlıq

2. Döyüş təyinatlı hərbi texnikanı istehsal etmək üçün avadanlıq (Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəyi nəzərə alınmaqla).

Xidməti və mülki silah

3. Xidməti və mülki silah (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (Azərbaycan Respublikasına səfərləri zamanı xarici dövlət və hökumət başçılarını, onların ailə üzvlərini, beynəlxalq təşkilatların rəhbərlərini, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxslərini müşayiət edən həmin dövlətlərin və təşkilatların mühafizə xidmətlərinin əməkdaşları tərəfindən öz xidməti vəzifələrini icra etmək məqsədi ilə xidməti silahın və onun döyüş sursatının Azərbaycan Respublikasına gətirilməsinə və Azərbaycan Respublikasından aparılmasına münasibətdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti)).

Kosmik-peyk rabitə vasitələri, xüsusi məxfi rabitə vasitələri və şifrləri və avadanlıqları

4. Kosmik-peyk rabitə vasitələri, xüsusi məxfi rabitə vasitələri və şifrləri, bu vasitələrin və şifrlərin istehsalı üçün nəzərdə tutulan avadanlıq (Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəyi nəzərə alınmaqla), Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti).

Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların hasilatı və emalı

5. Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələri (Azərbaycan Respublikasının Energetika Nazirliyi).

İonlaşdırıcı şüa mənbələri, o cümlədən radioaktiv maddələr, şüa verən aparatlar

6. İonlaşdırıcı şüa mənbələri, o cümlədən radioaktiv maddələr, belə mənbələrin və maddələrin istehsalı üçün nəzərdə tutulan avadanlıq, təsərrüfat-məişət və tibbi əhəmiyyətli aparatlar istisna olmaqla, şüa verən aparatlar (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi).

Qiymətli kağızların çap edilməsi üçün avadanlıq və belə avadanlığın istehsalı üçün avadanlıq

7. Qiymətli kağızların çap edilməsi üçün avadanlıq və belə avadanlığın istehsalı üçün avadanlıq (Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti(Azərbaycan Respublikası  Maliyyə Bazarlarına Nəzarət Palatasınınrəyi nəzərə alınmaqla)).

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr

8. Qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyi nəzərə alınmaqla).

Partlayıcı maddələr

9. Partlayıcı maddələr və qurğular, tez alışan maddələr və pirotexniki məmulatlar (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi).

Ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar.

10. Ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi).

Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr

11. Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlıq (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyi nəzərə alınmaqla)).

Gizli informasiyaların alınması üçün texniki vasitələr

12. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr (Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (rabitə şəbəkələrindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrə münasibətdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti).

Radioqəbuledici qurğular

13. Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğular (Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəyi nəzərə alınmaqla)).

14. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülər (Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi).

Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan genetik modifikasiya olunmuş bitkilər

15. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun müəyyən olunmuş milli əlaqələndirici institutun qərarı nəzərə alınmaqla)).

Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan genetik modifikasiya olunmuş yeyinti məhsulları

16. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsulları (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi).

Pilotsuz uçan aparatlar

17. Məsafədən idarə edilən pilotsuz uçan aparatlar (Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəyləri nəzərə alınmaqla)).

Kökünün kəsilmə təhlükəsi olan vəhşi fauna və yabanı flora növləri

18. “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında“ Konvensiya (CİTES) üzrə inzibati orqanın - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi CİTES İcazə/sertifikatına əsasən kökünün kəsilmə təhlükəsi olan vəhşi fauna və yabanı flora növləri (CİTES növləri), habelə dənizdən introduksiya.

Beynəlxalq baytarlıq sertifikatı əsasında heyvanlar, heyvan mənşəli məhsullar və xammal

19. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin verdiyi beynəlxalq baytarlıq sertifikatı əsasında heyvanlar, heyvan mənşəli məhsullar və xammal; Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin verdiyi pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamə, fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı əsasında bitkilər və bitkiçilik məhsulları, həmçinin bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr.

Dini təyinatlı ədəbiyyat və materiallar

20. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı əsasında dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları.

Mədəni sərvətlər

21. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin verdiyi ixracın mümkünlüyü barədə mühafizə şəhadətnaməsini təqdim etməklə və onun tələblərinə riayət etməklə, mühafizə siyahısına daxil edilmiş mədəniyyət sərvətləri.

195