Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Mülki dövriyyəsi qadağan olunmuş mallar

Mülki dövriyyəsi qadağan olunmuş mallar

Döyüş təyinatlı hərbi texnika və silah-sursat

1. Döyüş təyinatlı hərbi texnika.

Rabitə şəbəkəsi, müdafiə, təhlükəsizlik və asayişi mühafizə ehtiyacları üçün nəzərdə tutulan rabitə şəbəkələri

2. Dövlət hakimiyyəti orqanlarının rabitə şəbəkəsi, müdafiə, təhlükəsizlik və asayişi mühafizə ehtiyacları üçün nəzərdə tutulan rabitə şəbəkələri.

Müdafiə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, hərbi əks-kəşfiyyat, xüsusi dövlət mühafizə xidməti orqanlarının şəxsi heyətinin xüsusi ləvazimatı

3. Müdafiə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, hərbi əks-kəşfiyyat, xüsusi dövlət mühafizə xidməti orqanlarının şəxsi heyətinin xüsusi ləvazimatı və onların istehsalına və işlədilməsinə dair normativ-texniki sənədlər.

Hərbi səfərbərlik təyinatlı əmlak

4. Hərbi səfərbərlik təyinatlı əmlak.

Dövlət kəmiyyət vahidləri etalonları

5. Dövlət kəmiyyət vahidləri etalonları.

Azərbaycan Respublikasının qızıl ehtiyatı və əyar damğası

6. Azərbaycan Respublikasının qızıl ehtiyatı və əyar damğası.

Pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıq

7. Pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıq.

Narkotik vasitələr və psixotrop maddələr

8. Qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr.

İnsan orqanı və (və ya) toxumaları 

9. İnsan orqanı və (və ya) toxumaları (gözün buynuz qişası istisna olmaqla).

Qadağan edilmiş dərmanlar

10. Tətbiqi müəyyən edilmiş qaydada qadağan edilmiş dərman vasitələri.

Konfidensial sənədlər

 11. Dövlət, peşə, qulluq, bank, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına dair məlumatları əks etdirən sənədlər.

12. Rəsmi sənədlər, şəxsiyyəti təsdiq edən sənədlər, Azərbaycan Respublikasının dövlət təltifləri.

13. Dövlət arxiv fondunun sənədləri.

Kibercinayətlər törətmək olan qurğular və ya kompyuter proqramları

14. Hazırlanmasının və ya uyğunlaşdırılmasının əsas məqsədi kibercinayətlər törətmək olan qurğular və ya kompüter proqramları.

Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkilər

15. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları.

Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan yeyinti məhsulları

16. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsulları.

Diametri 0,5 mm-dən az olan və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlar

17. Diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlar.

Balıq və digər su bioresurslarını elektrik cərəyanı vasitəsilə ovlamaq üçün istifadə edilən balıqtutan cihazlar

18. Keçirici naqillərlə birləşdirilmiş elektrik siqnal generatoru və akkumulyatordan (batareya) ibarət, balıq və digər su bioresurslarını elektrik cərəyanı vasitəsilə ovlamaq üçün istifadə edilən balıqtutan cihazlar.

195