Aparatın strukturu
Anar Süleymanov Hamlet oğlu
Anar Süleymanov Hamlet oğlu
Katibliyin rəisi, Gömrük xidməti polkovniki

1983-cü ildə Bakı şəhərində anadan olmuşdur.

2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin "Gömrük işi" ixtisasının bakalavr, 2006-cı ildə həmin ixtisasın magistr pilləsini fərqlənmə ilə bitirmişdir.

2009-2010-cu illərdə Ümumdünya Gömrük Təşkilatının təqaüdü ilə Yaponiyanın Tokio şəhərində Siyasi Araşdırmalar üzrə Milli İnstitutda "Dövlət sektorunda maliyyə" ixtisası üzrə magistr təhsili almışdır.

2004-2005-ci illərdə Dünya Bankı və Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin birgə layihəsi çərçivəsində tərcüməçi vəzifəsində çalışmışdır.

2006-cı ildən etibarən gömrük orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən Balakən Gömrük İdarəsində inspektor, Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsində böyük inspektor, baş inspektor, şöbə rəisi, baş idarə rəisinin müavini, Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi rəisinin birinci müavini, Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin birinci müavini vəzifələrində xidmət etmişdir.

2006-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur.

2015-ci ildə Gömrük Modernizasiyası, 2016-cı ildə isə ticarətin asanlaşdırılması ilə bağlı Merkator Proqramı çərçivəsində Ümumdünya Gömrük Təşkilatının eksperti olaraq akkreditasiyadan keçmişdir.

2015-ci ildə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) təqaüdü ilə "Gələcək liderlər üçün potensialın gücləndirilməsi və inkişafı proqramı" çərçivəsində təlim keçmişdir.

2016-2018-ci illərdə Avropa İttifaqının "EU4Digital" təşəbüssü çərçivəsində Şərq Tərəfdaşlığı ölkələri üzrə gömrük altqrupunun əlaqələndiricisi kimi fəaliyyət göstərmişdir.

2016-cı ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Sabah" qrupları layihəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində gömrük işi fənnini tədris edir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.


Telefon:
+99412 404-22-13

Fax:
+99412 404-22-07

Qəbul günləri:
hər həftənin cümə günü