Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.

Rəhbərlik

Fərhad Babayev Fərrux oğlu
İNSAN RESURSLARI İDARƏSİNİN RƏİSİ
Gömrük xidməti polkovniki
+99412 404 22 20
Photo
Məlumat
Qəbul günləri: Hər həftənin cümə günü

22 fevral 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1992-1997-ci illərdə Türkiyə Respublikasının Dokuz Eylül Universitetinin İqtisadi və İdari Bilimlər Fakültəsində təhsil alaraq həmin universiteti mühasibatlıq ixtisası üzrə bitirmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya istiqamətinin Əmtəə Bazarı və xidmət sahəsində Kommersiya Fəaliyyəti ixtisaslaşması üzrə magistr dərəcəsi almışdır.

Əmək fəaliyyətinə 1997-ci ildən başlamışdır. Nəsimi rayon Dövlət Vergi Müfəttişliyində müfəttiş, şöbə rəisi, 2001-ci ildən Azərbaycan Respublikası Vergilər Nazirliyində Dövlət vergi müfəttişi, Baş Dövlət Vergi Müfəttişi, şöbə rəisi, idarə rəisi, Vergi Auditi Departamentində şöbə rəisi, Bakı şəhər Vergilər departamentində şöbə rəisi, idarə rəisi Vergilər Nazirliyi yanında milli gəlirlər departamentinin İqtisadi təhlil idarəsinin direktoru vəzifəsində çalışmışdır. 2018-ci ildə Dövlət Gömrük Komitəsinin sədrinin müvafiq əmri ilə Komitənin İnsan Resursları idarəsinə idarə rəisi vəzifəsinə təyin edilmişdir. 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.

Ailəlidir, 2 övladı var.

195