Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.

Rəhbərlik

Əliyev Fərid Əlibaba oğlu
GÖMRÜK RİSKLƏRİNİN İDARƏOLUNMASI VƏ AUDİT BAŞ İDARƏSİNİN RƏİSİ
Gömrük xidməti polkovniki
+99412 404-22-32
farid.aliyev@customs.gov.az
Photo
Məlumat
Qəbul günləri: Hər həftənin bazar ertəsi

1987-ci ildə Bakı şəhərində anadan olmuşdur.

2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini, 2015-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə 2009-cu ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük vergi və yığımları şöbəsinin inspektoru vəzifəsində başlamışdır. 2011-ci ildən 2017-ci ilədək Komitənin Audit və Risk Analizləri İdarəsinin Audit şöbəsinin baş inspektoru, 2017-ci ildən 2018-ci ilədək Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük dəyəri şöbəsinin rəisi vəzifələrində çalışmışdır.

2018-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin sərəncamı ilə Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
2018-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

Ailəlidir, 2 övladı var.

195