Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.

Rəhbərlik

Əliyev Vüqar İsmayıl oğlu
SOSİAL İNNOVASİYALAR VƏ ANALİTİK TƏHLİL İDARƏSİNİN RƏİSİ
Gömrük xidməti polkovniki
+99412 404-22-31
vuqar.eliyev@customs.gov.az
Photo
Məlumat
Qəbul günləri: Hər həftənin çərşənbə axşamı

24 noyabr 1979-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.

1996-cı ildə Bakı şəhəri, Yasamal rayonu 158 saylı orta məktəbi bitirmişdir.

2000-ci ildə Azərbaycan Kooperasiya İnstitutunun bakalavr pilləsini, 2002-ci ildə isə magistratura pilləsini idarəetmə istiqaməti üzrə fərqlənmə diplomları ilə bitirmişdir.

30 dekabr 2002-ci ildə Bakı Dövlət Universitetində "Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi" ixtisası üzrə əyani aspiranturaya daxil olmuş, 2005-ci ildə "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin tənzimlənməsində gömrük tariflərinin tətbiqi problemləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 7 fevral 2006-cı il tarixli qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsi verilmişdir.

2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisası üzrə tam kursunu fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə Bakı şəhər İcra Hakimiyyətində mütəxəssis vəzifəsində başlamış, daha sonra aparıcı mütəxəssis vəzifəsində fəaliyyətini davam etdirmişdir.

2006-2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamentində aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində işləmişdir.

2008-2016-cı illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük vergi və yığımları şöbəsində böyük inspektor, baş inspektor, 2016-2018-ci illərdə isə Komitənin Analitik şöbəsinin rəisi vəzifələrində çalışmışdır.

Komitə sədrinin müvafiq əmrinə əsasən 6 sentyabr 2018-ci il tarixindən Komitənin Sosial innovasiyalar və analitik təhlil İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

Komitə rəhbərliyi tərəfindən gömrük orqanında səmərəli fəaliyyətinə görə barəsində dəfələrlə həvəsləndirici tədbirlər görülmüş, Fəxri Fərmanlarla təltif edilmişdir. Eyni zamanda Komitə sədrinin müvafiq əmrlərinə əsasən 2016-cı ildə "Gömrük Xidməti Əlaçısı", 2019-cu ildə uzun müddət və qüsursuz xidmətə görə "Gömrük orqanlarında xidmətə görə" III dərəcə, 2020-ci ildə isə "Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə" döş nişanları ilə təltif olunmuşdur.

Ümumdünya Gömrük Təşkilatının Baş katibi tərəfındən sertifikata layiq görülmüşdür.

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2017-ci il tarixli 2631 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, Komitə sədrinin müvafıq əmrlərinə əsasən "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)" və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalları ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26 iyul 2016-cı il tarixli qərarı ilə dosent elmi adı verilmişdir.

1 monoqrafiyanın, 2 kitabın, 2 tədris proqramının və 35-dən artıq elmi məqalənin müəllifidir.

Evlidir, iki övladı var.

195