Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Rəhbərlik

Vüqar Əsgərov Vaqif oğlu
İNSAN RESURSLARI İDARƏSİNİN RƏİSİ
Gömrük xidməti polkovnik-leytenantı
+99412 404 22 20
vuqar.asgarov@customs.gov.az
Photo
Məlumat
Qəbul günləri: Hər həftənin cümə günü

08 iyun 1980-ci ildə anadan olmuşdur.

2001-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini beynəlxalq hüquq ixtisası üzrə fərqlənmə ilə bitirmişdir.

2004-cü ildə həmin Universitetinin Beynəlxalq hüquq fakültəsində magistr təhsilini fərqlənmə ilə bitirmişdir.

Hazırda Bakı Dövlət Universitetinin Hüquq fakültəsində inzibati hüquq ixtisası üzrə doktoranturada təhsil alır.

2013-cü ildə Almaniya Federativ Respublikasının Hertie idarəçilik məktəbində “Transformasiya hüquqşünasları-Hüquqi transformasiya üçün hüquqi dialoq” təhsil kursunda iştirak etmişdir.

2014-cü ildə Almaniya Federativ Respublikasının Dbb Akademiyasında “Etik təlimçilər üçün təlim” və “Dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsi” kurslarında iştirak etmiş və qeyd olunan mövzular üzrə təlimçi statusu əldə etmişdir.

2018-ci ildə Avstriya Respublikasında Beynəlxalq Anti-Korrupsiya Akademiyasında Korrupsiyaya qarşı mübarizə ixtisası üzrə magistr təhsili almışdır.

“Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğu keçmə ilə bağlı əmrlərin rəsmiləşdirilməsinə dair tövsiyələr” vəsaitinin (2010-cu il), “Dövlət qulluğuna qəbul üzrə qanunvericilik toplusu və sınaq test tapşırıqları” (2013-cü il) və “Dövlət qulluğunda etika” (2014-cü il) kitabının, “Dövlət qulluğunda gender bərabərliyi” üzrə kurikulum (2021-ci il)  vəsaitinin müəllifidir.

Əmək fəaliyyətinə 2002-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatında mütəxəssis vəzifəsində başlamış və 2006-cı ilədək həmin orqanda müxtəlif vəzifələrdə çalışmışdır.

2003-2005-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

2006-2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Aparatında baş məsləhətçi, sektor müdiri və şöbə müdiri vəzifələrində çalışmışdır.

2016-2022-ci illərdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

2011-2016-cı illərdə Korrupsiyaya qarşı mübarizə üzrə hökümət eksperti olmuşdur.

2011-2022-ci illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrupunun üzvü olmuşdur.

2016-2022-ci illərdə “Şəffaflıq Azərbaycan” təşkilatının İdarə Heyətinin üzvü olmuşdur.

18.10.2022-ci ildə Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin Şəxsi işlərlə iş şöbəsinin rəisi, 25.10.2022-ci il tarixdən həmin İdarənin rəis müavini təyin edilməklə 27.10.2022-ci il tarixdən idarə rəisinin vəzifələrini icra etmişdir. 14.08.2023-cü ildə İnsan Resursları İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 3 (üç) övladı var.

 

195