Qəbul günləri
Şahin Ələsgərov
Şahin Ələsgərov
Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi, Gömrük xidməti polkovniki

11 avqust 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur.

2011-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisad Universitetinin İnzibati İdarəetmə fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə 2014-cü ildə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Maliyyə- Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük Dəyəri şöbəsinin böyük inspektoru vəzifəsindən başlamışdır. 2015-ci ildə Komitənin Audit və Risk Analizləri İdarəsinin böyük inspektoru 2017-ci Maliyyə- Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük Ödənişləri İdarəsinin rəisi vəzifələrində çalışmışdır.

2018-ci ilin 06 sentyabr tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Komitənin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

Ailəlidir üç övladı var.

Email:
shahin.elesgerov@customs.gov.az

Qəbul günləri:
Hər həftənin çərşənbə günü