Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Könüllü gömrükçü

"Könüllü gömrükçü" dəstəsinə üzv olmaq istəyən gənclərin DİQQƏTİNƏ!

Azərbaycan Respublikasının "Könüllü fəaliyyət haqqında" Qanununa və Dövlət Gömrük Komitəsi sədrinin "Dövlət Gömrük Komitəsinin sistemində könüllülük hərəkatının inkişafı ilə bağlı tədbirlər haqqında" sərəncamına əsasən Dövlət Gömrük Komitəsində "Könüllü gömrükçü" dəstəsi fəaliyyət göstərməkdədir.

Bildiririk ki, Dövlət Gömrük Komitəsi nəzdində yaradılmış "Könüllü gömrükçü" dəstəsinin üzvləri Komitənin müxtəlif struktur bölmələrində fəaliyyətlərini uğurla davam etdirməkdədir. "Könüllü gömrükçü" dəstəsinə üzvlər "Ehtiyyat üzvlər bazası"ndan müsahibə yolu ilə seçilir. "Könüllü gömrükçü" dəstəsi üzrə yaranmış vakant yerlərə görə növbəti müsahibənin cari ildə keçirilməsi nəzərdə tutulur.

"Könüllü gömrükçü" dəstəsinin ehtiyyat üzvü olmaq istəyən (ali təhsil müəssisəsində təhsil alan və ya ali təhsil müəssisəsini bitirmiş) gənclərdən (18-29 yaş) aşağıdakı formanı dolduraraq Dövlət Gömrük Komitəsinə göndərmələri xahiş olunur. Müraciətin Dövlət Gömrük Komitəsinə daxil olması ilə bağlı Sizə məlumat veriləcəkdir.

Könüllü gömrükçülərin Facebook səhifəsi

195