Məcburi qərarlar

"Məcburi qərarlar" sistemi biznes subyektlərinə konkret mallar və əməliyyatlarla əlaqədar malın təsnifatı və mənşə ölkəsinə dair məlumatları əvvəlcədən müəyyənləşdirmək imkanı yaratmaqla mal və nəqliyyat vasitələrinin gömrük sərhəd buraxılış məntəqələrindən sürətli keçidini, gömrük rəsmiləşdirilməsi prosesinin sadələşdirilməsini, xarici ticarət iştirakçılarına öz biznes əməliyyatlarının proqnozlaşdırılmasını, təkrarçılığın aradan qaldırılmasını və gömrük-biznes arasında tam şəffaflığın yaradılmasını təmin edir.

Məcburi qərarın qəbul edilməsinə dair elektron müraciət formasının təqdim edilməsi QAYDALARI

Məcburi qərarın qəbul edilməsinə dair elektron müraciət forması üçün KLİKLƏYİN      *


Məcburi qərarın əldə edilməsi xarici ticarət iştirakçısına hansı üstünlükləri verir?

1. Konkret mallar və əməliyyatlarla əlaqədar malın təsnifatının və mənşə ölkəsinin əvvəlcədən müəyyən edilməsi;

2. Eyni xüsusiyyətlərə dair malların rəsmiləşdirilməsi zamanı təkrar sorğuların aradan qaldırılması;

3. Xarici ticarət iştirakçılarına onların biznes planlarının əvvəlcədən düzgün formalaşdırılması imkanının yaradılması;

4. Mal və nəqliyyat vasitələri üzrə sərhədkeçmə və rəsmiləşdirilmə mərhələlərində yarana biləcək əlavə vaxt və xərc itkisinin aradan qaldırılması;

5. Şəffaflığın təmin edilməsi.

Məcburi qərarın qəbul edilməsi prosesi:

1.Şəxslər elektron qaydada Dövlət Gömrük Komitəsinə müraciət ünvanlayır;

2.Dövlət Gömrük Komitəsi 30 (otuz) gün müddətində müraciəti yoxlayır. Əlavə araşdırma tələb olunduğu hallarda isə icra müddəti hər dəfə 30 (otuz) gün olmaqla 2 (iki) dəfə uzadılır;

3.Dövlət Gömrük Komitəsi məcburi qərar qəbul edir və şəxsi məlumatlandırır.

Malın təsnifatı və mənşə ölkəsinə dair məcburi qərarların tətbiqi ilə bağlı Təlimat sənədi

Qeyd: Hal-hazırda "Məcburi qərar" layihəsi sistemin təkmilləşdirilməsi məqsədi ilə pilot qaydada tətbiq edildiyindən, qəbul edilən məcburi qərar yalnız bir idxal və ya ixrac əməliyyatına şamil edilir və "Malın təsnifatı və mənşə ölkəsinə dair məcburi qərarların tətbiqi ilə bağlı Təlimat sənədi"nin 7-ci bəndində əks olunan müddəalar pilot layihə müddətində istisna olunur.

Yaranmış suallarla bağlı müraciət üçün

E-mail: advancerulings@customs.gov.az

Tel: (+994) 12 4042200 (daxili: 0470, 0477, 0459)