Elan!

Xarici ticarət iştirakçılarının nəzərinə!


Nəzərinizə çatdırırıq ki, Dövlət Gömrük Komitəsi tərəfindən xarici ticarət iştirakçılarına əlverişli şəraitin yaradılması və rahatlığının təmin edilməsi məqsədi ilə gömrük rəsmiləşdirilməsi prosesinin elektronlaşdırılması sahəsində davamlı işlər aparılmaqdadır.

Görülmüş işlərin nəticəsi olaraq, xarici ticarət iştirakçıları öz şəxsi kabinetləri vasitəsi ilə gömrük orqanlarında gömrük rəsmiləşdirilməsi ilə əlaqədar aparılan gömrük əməliyyatlarının ardıcıllığına onlayn rejimdə izləmək imkanına malikdirlər.

Buna dair məlumatlar xarici ticarət iştirakçılarının gömrük orqanlarında qeydiyyatda olan mobil telefon nömrələrinə SMS vasitəsi ilə real vaxt rejimində ötürülür.

Qeyd olunanları nəzərə alaraq, xarici ticarət iştirakçılarından gömrük rəsmiləşdirilməsi ilə bağlı atılacaq addımlarını şəxsi kabinet və SMS xəbərdarlığı vasitəsilə göndərilən bildirişlərə uyğun olaraq həyata keçirmələri xahiş edilir.