Announcement



AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ


Q Ə R A R
№ 202
Bakı şəhəri, 2 may 2019-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
xarici iqtisadi fəaliyyətin mal nomenklaturası,idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikas Konstitusiyaslnln 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017,
№ 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 332;Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 5 aprel tarixli
150 nömrəli, 9 aprel tarixli 151 nömrəli və 15 aprel tarixli 165 nömrəli qərarları ) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal
nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrükrüsumlarının dərəcələri"ndə 0703 10 190 0 alt yarimmövqeyinə aid sətir aşağıdakı
redaksiyada verilsin:

0703 10 190

--- digər

 

 

0703 10 190 1

--- - faraş soğan

-

15

0703 10 190 9

---- digər

-

15 ( 1 kq-2,0 ABŞ dolları*)


                                                        2. Bu qərar imzalandığı gündən qüvvəyə minir və 2019-cu il mayın 31-dək qüvvədədir.


Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov