Customs service is one of the main attributes of the independence of any state.

Gömrük Akademiyasında İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Gömrük Akademiyasında İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Dekabrın 27-də Dövlət Gömrük Komitəsinin Akademiyasında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət himni səslənib.

Tədbirdə Nəsiminin həyat və yaradıcılığını əks etdirən qısa videoçarx təqdim olunub. Bildirilib ki, Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olan İmadəddin Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub. Yubiley münasibətilə çəkilmiş "Nəsimi" filmi 1973-cü ildə ekranlara buraxılıb.

Tədbirdə Akademiyanın tələbələri tərəfindən "Nəsimi" filminin fraqmentləri əsasında hazırlanmış eyniadlı tamaşa təqdim olunub. "İqtisadiyyat" ixtisasının 1-ci kurs tələbəsi Afaq Abdullayeva İmadəddin Nəsiminin "Yanaram" qəzəlini söyləyib. Akademiyanın xor qrupu Nəsiminin "Sığmazam" qəzəli əsasında hazırlanan "Məndə sığar iki cahan..." musiqili kompozisiyanı ifa edib.

Sonda Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini Şəmsəddin Abışov çıxış edərək, Prezident İlham Əliyev tərəfindən İmadəddin Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında sərəncam imzalandığını və 2019-cu ilin "Nəsimi ili" elan olunduğunu bildirib. Tədbirin böyük şair və mütəfəkkirin yubileyinə həsr olunmuş tədbirlər planına müvafiq olaraq təşkil edildiyini diqqətə çatdırıb. Rəis müavini tələbələrə maraqlı və məzmunlu çıxışlara görə təşəkkür edib.

28 December 2019 00:00
195