Customs service is one of the main attributes of the independence of any state.

"Qırmızı Körpü" gömrük-sərhəd buraxılış məntəqəsində xidməti fəaliyyətin təşkili vəziyyəti yoxlanılıb

"Qırmızı Körpü" gömrük-sərhəd buraxılış məntəqəsində xidməti fəaliyyətin təşkili vəziyyəti yoxlanılıb

Yanvarın 21-də Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev tərəfindən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük-sərhəd buraxılış məntəqəsində xidməti fəaliyyətin təşkili vəziyyəti yoxlanılıb.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışı prosedurlarının təkmil­ləşdirilməsi barədə verdiyi tapşırıq­ların icra vəziyyəti və bu istiqamətdə gö­rülmüş tədbirlərin effektivliyinin dəyər­ləndirilməsi məqsədilə dövlət sərhədin­dən keçən şəxslərlə söhbətlər edilib, son müddət ərzində dövlət sərhədindən buraxılış məntəqələrinin xidməti fəaliy­yətində nəzərə çarpan yeniliklərin səmərəliyi barədə vətəndaşların fikirləri öyrə­nilib, təklif və müraciətləri dinlənilib.Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin rəh­bərləri şəxslərin və nəqliyyat vasitələrinin gömrük və sərhəd rəsmi­ləş­dirilməsində şəxsən iştirak edərək bu prosedurların vaxtının maksimal dərəcədə azaldılması və dövlət sərhədinin daha rahat keçilməsi üzrə mümkün tədbirlər barədə fikir mübadiləsi aparıb, vətəndaşların və nəqliyyat vasitələrinin dövlət sərhədindən daha sürətli keçidinin təmin edilməsi məqsədilə rejim zonasının daxilində infrastrukturun daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar veriblər.Səfər çərçivəsində general-polkovnik Elçin Quliyev və gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi ilə xidməti müşavirə keçirilib, Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət sər­hədindən keçən şəxslərin hüquqlarının mak­simal qorunması ilə bağlı verdiyi tapşırıq və göstə­rişlərin icrası üzrə hər iki qurumun üzərinə düşən vəzifələr, o cümlədən gömrük və sərhəd təhlükə­sizliyinin gücləndirilməsi ilə yanaşı, dövlət sərhədindən keçən şəxslərin yoxlanılmasına mümkün qədər az vaxt sərf edil­mə­sinin üsul və metodları haqqında geniş fikir mübadiləsi apa­rılıb."Qırmızı Körpü" gömrük-sərhəd buraxılş məntəqəsindəki mövcud və­ziy­­yət, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin yerli bölmələrinin qar­şılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilib və vəzifəli şəxs­lə­rin məruzələri dinlənilib.Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması nəzərə alınaraq, dövlət sərhədindən buraxılış məntəqələrində xidməti fəaliyyətin daha da optimallaşdırılması, o cümlədən dövlət sərhədindən keçən şəxs­lər, nəqliyyat vasitələri və yüklər üzərində gömrük və sərhəd nəzarətinin daha səmərəli təşkilinə dair təkliflər nəzərdən keçirilib.Şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinin daha da asanlaşdırılması, rejim zonasının yaxınlığındakı infra­struk­turun yaxşılaş­dı­rıl­ması məqsədilə "Qırmızı Körpü" gömrük-sərhəd buraxılş məntəqəsinin qarşı­sın­dakı ərazinin abadlaşdırılması və səliqəyə sa­lınması məsələləri Qazax rayo­nunun icra hakimiyyətinin başçısı Rəcəb Babaşov ilə müzakirə olunub.

21 January 2020 00:00
195