Customs service is one of the main attributes of the independence of any state.

Xeyli miqdarda papiros aşkarlanıb

Xeyli miqdarda papiros aşkarlanıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə rentgen aparatı ilə keçirilən gömrük baxışı zaman şübhəli cizgilər müşahidə olunub.Yoxlama nəticəsində əl çantasında olan ərzaq məhsullarının arasında gömrük nəzarətinə bəyan olunmayan 1000 ədəd "Belomorkanal" markalı papiros aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

22 January 2020 00:00
195