Customs service is one of the main attributes of the independence of any state.

Yük avtomobilində dərman preparatları aşkarlandı

Yük avtomobilində dərman preparatları aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Baş İdarənin "Mazımçay" gömrük postunda Gürcüstandan gələn, Türkiyə Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunun sol yan dolabında gömrük nəzarətinə bəyan edilməyən 606 ədəd müxtəlif adda dərman preparatları aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 July 2020 00:00
195