Customs service is one of the main attributes of the independence of any state.

Qaz tapançası və mobil telefonlar aşkar edilib

Qaz tapançası və mobil telefonlar aşkar edilib

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun idxal nəzarət xəttinə daxil olan"MAN" markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin kabininin müxtəlif yerlərində gömrük nəzarətindən gizlədilən, 2 ədəd "iPhone 11" markalı mobil telefon, gömrük orqanına bəyan edilməyən, qaz balonu ilə birlikdə üzərində "ПМ49 CAL 177 4.5 mm" yazısı olan 1 ədəd qaz tapançası, 45 ədəd yaddaş diski, üzərlərində "Borner" yazısı olan 7 ədəd qaz balonu, 1 ədəd tapança darağı və üzərində "Borner Premium" yazısı olan plastik qabda 500 ədəd tapança kürəcikləri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

26 September 2020 00:00
195