Customs service is one of the main attributes of the independence of any state.

Dərman preparatları və tibbi ləvazimatlar aşkar edilib

Dərman preparatları və tibbi ləvazimatlar aşkar edilib

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Volvo" və "DAF" markalı avtomobillər saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 87900 həb dərman preparatlar və 100 ədəd tibbi ləvazimatlar aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

10 September 2021 00:00
195