Headquarters
Farhad Babayev Farrux
Farhad Babayev Farrux
Human Resources Department, Colonel of Customs service

22 fevral 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1992-1997-ci illərdə Türkiyə Respublikasının Dokuz Eylül Universitetininİqtisadi və İdari Bilimlər Fakültəsində təhsil alaraq həmin universiteti mühasibatlıq ixtisası üzrə bitirmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya istiqamətinin Əmtəə Bazarı və xidmət sahəsində Kommersiya Fəaliyyəti ixtisaslaşması üzrə magistr dərəcəsi almışdır.

Əmək fəaliyyətinə 1997-ci ildən başlamışdır. Nəsimi rayon Dövlət Vergi Müfəttişliyində müfəttiş, şöbə rəisi, 2001-ci ildən Azərbaycan Respublikası Vergilər Nazirliyində Dövlət vergi müfəttişi, Baş Dövlət Vergi Müfəttişi, şöbə rəisi, idarə rəisi, Vergi Auditi Departamentindəşöbə rəisi, Bakı şəhər Vergilər departamentində şöbə rəisi, idarə rəisi Vergilər Nazirliyi yanında milli gəlirlər departamentinin İqtisadi təhlil idarəsinin direktoru vəzifəsində çalışmışdır. 2018-ci ildə Dövlət Gömrük Komitəsinin sədrinin müvafiq əmri ilə Komitənin İnsan Resursları idarəsinə idarə rəisi vəzifəsinə təyin edilmişdir. 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Vergiorqanlarında xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.

Ailəlidir. 2 övladı var.


Phone:
+99412 404 22 20

Reception days:
Fridays of every week