
1975-ci
il oktyabrın 24-də
Bakı şəhərində anadan
olmuşdur.
1992-1997-ci
illərdə Azərbaycan Dövlət
İqtisad Universitetində ali təhsil alaraq, "İqtisadi
İnformatika və Avtomatlaşdırılmış İdarəetmə
Sistemləri" ixtisasını bitirmişdir. İqtisadçı-mühəndisdir.
2000-ci ildən
Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin
Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, Maliyyə şöbəsinin
böyük inspektoru, şöbə rəisi
və baş idarə
rəisinin 1-ci müavini
vəzifələrində çalışmışdır. 2018-ci ildə Dövlət
Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Fəaliyyətin Qiymətləndirilməsi və
İnkişaf Proqramları Baş
İdarəsinin rəisi vəzifəsinə
təyin edilmişdir.
2007–ci ildə Azərbaycan Respublikası Prezidentinin
müvafiq Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, müxtəlif
dövrlərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və digər nazirliklərin
bir sıra medal və döş nişanları və Ümumdünya Gömrük Təşkilatının sertifikatı ilə təltif olunmuşdur.
İngilis (orta)
və rus dillərini bilir. Ailəlidir, üç övladı
var.
- Phone:
- Tel.: +99412 404-22-06
- Fax:
- +99412 404-22-52
- Email:
- tamkin.khalilov@customs.gov.az
- Reception days:
- Mondays of every week