Customs service is one of the main attributes of the independence of any state.

Comments

Vuqar, Abbasov, Ramiz
4 April 2025 14:21
Salam . Mənim qardaşım xaricdən iphone 16 pro gətirib , bilmədiyi üçün gömrükdə bəyan eləməyib . 1 aydan cox vaxt keçib. İndi bəyan eləmək olarmı ?Olarsa bunun üçün cərimə tədbiq edilirmi ?
State Customs Committee
State Customs Committee
Hörmətli vətəndaş, ərazi gömrük orqanına yaxınlaşmağınız xahiş olunur.
Ağahüseyn Səfərzadə Əli oğlu
2 April 2025 02:42
Salam. Mən Türkiyədən Iphone 16 pro 128gb aldım amma ödəniş çeki yoxdur. Ölkəyə döndükdə bu telefonu beyan edebilərəm mi? Edəbilərəmsə nə qədər gömrük rüsumu ödəməliyəm?
State Customs Committee
State Customs Committee
Hörmətli vətəndaş, malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər. Malların bəyan edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq məqsədilə gömrük orqanlarının bu malların satışını həyata keçirən xarici təşkilatların kataloqlarının və ya sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə etmək hüququ vardır. Qeyd edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Mobil telefonların portal.rinn.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir. Əgər gətirdiyiniz mobil telefonun dəyəri 800 dollardan artıqdırsa bu zaman artıq olan hissə gömrük ödənişinə cəlb olunur.
Elşən Qədimov Eldar
26 November 2024 17:04
Salam. Xaricdən telefon almışam və qayıdanda aeroportda bəyan etməyi unutmuşam. İndi bəyan üçün hansi filiala yaxınlaşmalıyam?
State Customs Committee
State Customs Committee
Hörmətli vətəndaş, mobil telefonu bəyan etmək üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə yaxınlaşa bilərsiniz.
Orxan Yusifov Natiq oğlu
29 October 2024 14:49
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xüsusi rütbəsi olan DGKA məzunu məzunlar üçün olan müsabiqənin test imtahanından azad edilmiş hesab olunur?
State Customs Committee
State Customs Committee
Hörmətli vətəndaş, DGKA məzunlarının gömrük orqanlarına xidmətə qəbulu ilə əlaqədar müsabiqə artıq yekunlaşıb. İmtahanda iştirak edən namizədlər müsabiqənin yazılı imtahan və müsahibə mərhələsində iştirak ediblər.
Novruzov Nəsimi Maarif oğlu
17 July 2024 21:32
Salam. Valideynlərdən biri olmadığı halda o biri valideyn uşaqları ölkədən aparmaq üçün razılıq ərizəsi lazımdır. Bu ərizə mobil notariat adlanan elektron proqram əsasında verilir. Bu ərizədə uşaqların hamısını bir ərizədə qeyd edə bilərmi yoxsa hər uşaq üçün ayrı ərizə yazılmalıdır? Təşəkkür
State Customs Committee
State Customs Committee
Hörmətli vətəndaş, bu məsələ gömrük orqanlarının səlahiyyətlərinə aid deyil.
Hüsniyyə Zamanova İkram qızı
16 July 2024 10:50
Salam mənim xaricdə yaşayan tanisim mənə və ailəmə hədiyyə telefon gətirib. Hava limanında bəyan etmirdilər ki, olmaz axırda sizin qaynar xəttə müraciət etdikdən sonra məcburən bəyan etdilər və təcili rüsumu ödəməyimi tələb etdilər. Mən qonaqlarımı qarşılamaqa gəlmişdim və bildirdim ki, ödəniş növbəti gün həyata keçiriləcək hal hazırda üstümdə o qədər vəsait yoxdur. Bəyənnamədə göstərilən rüsuma baxdım və digər vətəndaşların həmin telefon üçün rüsumuna baxdıqda gördüm ki, mənim rüsumumu çox yazıblar digər vətəndaşda iphone 15 pro 128 gb telefon üçün 199.79 AZN rüsum olduğu halda məndə isə 279.90 azn olub. Bu nə dərəcədə düzgündür. Həmin vətəndaşdan soruşanda bildirdi ki, mənimdə alış qəbzim yox idi özlərində olan qiymətlə qiymətləndirdilər və bu rüsum etdi. Xahiş edirəm bu məsələyə açıqlıq verəsiniz. Eyni gündə necə olur 10 dəqiqə əvvəl rüsum az olur 10 dəqiqə sonra isə çox?
State Customs Committee
State Customs Committee
Hörmətli vətəndaş, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən mallara, o cümlədən mobil telefonlara gömrük rüsumlarının tətbiqi “Gömrük tarifi haqqında”Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun gömrük dəyəri müəyyən edilməklə həyata keçirilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 302-ci maddəsinə əsasən malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir. Malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər. Malların bəyan edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq məqsədilə gömrük orqanlarının bu malların satışını həyata keçirən xarici təşkilatların kataloqlarının və ya sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə etmək hüququ vardır.
Qumru Elşad qızı Əlizadə
15 July 2024 09:06
Salam mənim bağlamam gömrükde saxlanılıb buraxılmağı üçün ne edə bilerem?
State Customs Committee
State Customs Committee
Hörmətli vətəndaş, müraciətinizi ətraflı şəkildə qeyd etməyiniz xahiş olunur.
Taleh Allahverdiyev Azər
13 March 2024 09:22
Salam, Sizə 3 ədəd sualım var: 1.Türkiyədən Azərbaycana metal səs tapançası (kuru sıkı) gətirməyə icazə varmı? 2.Qazla işləyən plastik şarik atan metal tapança gətirməyə icazə varmı? 3. (Airsoft) sadə porşenlə olan plastik şarik atan metal tapança gətirməyə icazə varmı? xahiş edirəm ətraflı izah verəsiz? bunlardan hansına icazə var? hansına icazə yoxdu? icazə olmayana niyə icazə yoxdu? və icazə almaq üçün hansı sənəd tələb olunur?
Sirus Umarov Fəxrdəddin
7 December 2023 01:41
Salam. Men Rusiyadan telefon getirmisem amma uzerimde (odenis Ceki) yoxdur. Gomruk emekdaslarina sorucdugumda dediler ki cek olmadan beyan elemek mumkun deyil. Bu meseleni nece hell etmek olar.
195