Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Hüquq-mühafizə fəaliyyəti

Hüquq-mühafizə fəaliyyəti

"Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli 1361 nömrəli Fərmanına əsasən İnzibati Xətalar Məcəlləsinin 212-1.2 (idxala və ixraca münasibətdə), 275.4 (idxala münasibətdə) 275.5, 279.2 (idxala münasibətdə),  279.3, 363.2 (idxala münasibətdə), 363.3, 448, 449 (idxala münasibətdə), 457.3, 506 və 508-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı:

1. Komitənin sədri, onun müavinləri

2. Komitə Aparatının Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, onun müavinləri, həmin Baş İdarənin idarə, şöbə (bölmə) rəisləri 

3. Komitənin strukturuna daxil olan gömrük orqanlarının rəisləri, onların müavinləri, həmin gömrük orqanlarının idarə, mərkəz, şöbə (bölmə), post rəisləri, onların müavinləri, baş inspektorlar, baş müstəntiqlər, baş təhqiqatçılar, böyük inspektorlar, böyük müstəntiqlər, böyük təhqiqatçılar, müstəntiqlər və təhqiqatçılar.

Statistika
195