Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

    AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

    Ş.S.Bağırovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                      

    Azərbaycan Respublikasında gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və gömrük orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahin Soltan oğlu Bağırov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

    İlham Əliyev,

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 11 yanvar 2025-ci il

    11 Yanvar 2025 16:02
    195