Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Beynəlxalq Qadınlar Günü Naxçıvan Baş Gömrük İdarəsində qeyd edilib

Beynəlxalq Qadınlar Günü Naxçıvan Baş Gömrük İdarəsində qeyd edilib

Naxçıvan Baş Gömrük İdarəsində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev xanım gömrük əməkdaşlarının simasında bütün xanımları təbrik edib, onlara səadət dolu günlər arzulayıb. Qeyd edilib ki, cəmiyyətimizdə qadına olan qayğı və hörmət xalqımızın minillər boyu formalaşan milli-mənəvi, əxlaqi dəyərlərindən irəli gəlir.

Daha sonra Culfa gömrük postunun təqaüddə olan əməkdaşı, şəhid anası Minayə Məmmədova çıxış edərək ailədə qadınların rolundan danışıb. Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib, belə qəhrəmanları böyüdən bütün anaların qarşısında baş əydiyini və qadın adının ən uca zirvəsi olan Şəhid anası olduğu üçün qürur duyduğunu ifadə edib.

Tədbirdə qadınlar gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 Mart 2025 14:03
195