Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

DGK sədri “Böyük Kəsik” və “Qırmızı Körpü” gömrük postlarında mövcud vəziyyətlə tanış olub

DGK sədri “Böyük Kəsik” və “Qırmızı Körpü” gömrük postlarında mövcud vəziyyətlə tanış olub

Aprelin 21-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Tovuz Gömrük İdarəsinin “Böyük Kəsik” və “Qırmızı Körpü” gömrük postlarında mövcud vəziyyətlə tanış olub.

Gömrük nəzarətinin səmərəliliyinin artırılması, sərhədkeçmə və rəsmiləşdirmə proseslərinin asan və sürətli şəkildə həyata keçirilməsi, eləcə də nəqliyyat və yük axınlarının idarəedilməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı tapşırıq və tövsiyələr verilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

21 Aprel 2025 16:55
195