Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində təlim kursları keçirilib

Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində təlim kursları keçirilib

Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşlarına təlim kursları keçirilib.

Narkotik vasitələrin və psixotrop maddələrin axtarışı üzrə təlim kurslarına Penitensiar xidmətin mühafizə alayının 2 əməkdaşı 2 baş xidməti itlə birlikdə cəlb olunub.

Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin bazasında keçirilən təlim kursları 5 ay davam edib.

Təlim kursları başa çatdıqdan sonra iştirakçılara “xidməti itin narkotik vasitələrin və psixotrop maddələrin axtarışına hazırlığı barədə” müvafiq attestasiya vərəqələri verilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

6 May 2025 16:08
195