Naxçıvan Baş Gömrük İdarəsində görüş keçirilib
Naxçıvan Baş Gömrük İdarəsində görüş keçirilib
Dövlət Gömrük Komitəsi Gömrük İnzibatçılığı Baş İdarəsinin nümayəndələri Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları ilə son dövrlərdə gömrük sistemində həyata keçirilən təkmilləşdirilmələr, gözlənilən nəticələrlə bağlı görüş keçiriblər.
Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev görüşün mahiyyəti barədə gömrük əməkdaşlarına məlumat verib, gömrük sistemində həyata keçirilən təkmilləşdirilmələr və yeniliklərin əhəmiyyətindən danışıb.
Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi Orxan Nuriyev və rəis müavini Ülvi Məmmədov son illərdə gömrük sistemində reallaşdırılan yeni layihələrin tətbiq dairəsi, rəqəmsal gömrük sisteminə keçiddə qarşıya çıxan məsələlər, texniki-nəzarət qurğularının iş prinsipi, malların rəsmiləşdirilməsinin operativ qaydada həyata keçirilməsindən bəhs ediblər, rəy və təkliflər dinlənilib, suallar cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi