Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşlər keçirilib
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşlər keçirilib
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Şəfəq Həsənəlizadə və Kamal Hüseynli ilə görüşlər keçirib.
Görüşlərdə mentorluq proqramından gözləntilər, qaliblərin maraq dairələri, fərdi inkişaf planları, karyera hədəfləri barədə fikir mübadiləsi aparılıb.
Gənc və yüksək ixtisaslı kadrların ölkənin gömrük orqanlarının inkişafına verdiyi töhfə, gömrük işi sahəsində həyata keçirilən innovativ layihələr, eləcə də bu təşəbbüslərə müsabiqə qaliblərinin cəlb olunması perspektivləri müzakirə edilib, onların rəy və təklifləri dinlənilib.
Komitə sədri qaliblərə bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələr verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi