“Təbii narkotik vasitələrin xidməti itlər tərəfindən yük avtomobillərində axtarışı üzrə” praktiki təlimlər keçirilir
“Təbii narkotik vasitələrin xidməti itlər tərəfindən yük avtomobillərində axtarışı üzrə” praktiki təlimlər keçirilir
Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin gömrük xidmətlərinin kinoloji bölmələri arasında “Təbii narkotik vasitələrin xidməti itlər tərəfindən yük avtomobillərində axtarışı üzrə” praktiki təlimlər başlayıb.
Təlimlər Müstəqil Dövlətlər Birliyinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-mühafizə bölmələri başçıları komitəsinin kinoloji məsələlər üzrə işçi qrupunun protokoluna əsasən keçirilir və qabaqcıl təcrübələrin, bilik və bacarıqların öyrənilərək paylaşılması, potensialın gücləndirilməsi məqsədilə təşkil olunub.
Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində keçirilən açılış mərasimində Azərbaycan gömrük xidmətinin kinoloji sahədə fəaliyyəti, qazandığı nailiyyətlər barədə məlumat verilib, praktiki məşğələlər keçirilib.
Üç gün davam edəcək təlim çərçivəsində Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda yük avtomobillərində, həmçinin yüklər üzərində narkotik vasitələrin axtarışı ilə bağlı praktiki məşğələlər keçiriləcək, sonda isə iştirakçılara sertifikatlar veriləcək.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi