Dövlət Gömrük Komitəsinin əməkdaşları malayziyalı həmkarları üçün təlim keçiblər (FOTO, VİDEO)
Dövlət Gömrük Komitəsinin əməkdaşları malayziyalı həmkarları üçün təlim keçiblər (FOTO, VİDEO)
Cari ilin 12-17 may tarixlərində Malayziyanın Malakka şəhərində rentgen təsvirlərinin analizi, gömrük nəzarətində texniki nəzarət vasitələrindən istifadə qaydaları, radiasiya təhlükəsizliyi və digər mövzular üzrə təlim keçirilib. “Təlimçilərin təlimi” adlı tədbirdə Malayziya Gömrük Xidmətinin dəvət məktubu əsasında Dövlət Gömrük Komitəsinin Gömrük İnzibatçılığı Baş İdarəsinin Texniki nəzarət vasitələri şöbəsinin rəisi Amid İsmayılov və həmin şöbənin böyük inspektoru Böyükağa Şəfiyev təlimçi qismində iştirak ediblər.
Təlim ərzində iştirakçılara mövzu üzrə zəruri məlumatlar verilib, rentgen təsvirlərinin analizi ilə bağlı praktiki məşğələlər və nəzəri biliklərin yoxlanması üzrə test imtahanı keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi