Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Bakı Baş Gömrük İdarəsində görüş keçirilib

Bakı Baş Gömrük İdarəsində görüş keçirilib

Mayın 21-də Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə Bakı Baş Gömrük İdarəsində görüş keçirilib.

Görüşdə Baş İdarədə xidmətin təşkili ilə bağlı müzakirələr aparılıb, proseslərin asan və sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması məqsədilə görülən işlər barədə məlumat verilib.

Qeyd olunub ki, son illərdə inzibatçılığın təkmilləşdirilməsi, rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində atılan addımlar rəsmiləşdirilmə və gömrük nəzarəti proseslərinin sürətləndirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə, vətəndaş və sahibkar müraciətlərinin operativ qaydada cavablandırılmasına şərait yaradır.

Həmçinin görüş zamanı xidmətlərin əlçatanlığının, gömrük-biznes münasibətlərində qarşılıqlı etimadın artırılması, könüllü riayət prinsipinin gücləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələr verilib.

Sonda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrləri ilə təltif olunmuş Bakı Baş Gömrük İdarəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına təltiflər və fəxri fərmanları təqdim edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

21 May 2025 15:29
195