Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

“2025-2030 Gömrük İnkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinin öyrənilməsi üçün Sumqayıt Gömrük İdarəsində görüş keçirilib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədovun iştirakı ilə keçirilən görüşdə startegiyada nəzərdə tutulan tədbirlər, onların icrası istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb, biznes proseslərin səmərəliliyinin artırılması, gömrük əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi, məmnunluğun və şəffaflığın təmin olunması, xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Daha sonra Sumqayıt Gömrük İdarəsinin fəaliyyət zonasındakı “VƏLİEV” Məhdud Məsuliyyətli Cəmiyyətində görüş keçirilib.

Görüş çərçivəsində müəssisənin fəaliyyəti, burada istehsal edilən məhsullar, tətbiq edilən texnologiyalar barədə məlumat verilib, proseslər əyani şəkildə izlənilib.

Həmçinin idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

23 May 2025 15:32
195