Xarici ticarət iştirakçıları ilə görüş keçirilib
Xarici ticarət iştirakçıları ilə görüş keçirilib
Balakən Gömrük İdarəsinin təşəbbüsü ilə Zaqatala rayonunda yerləşən Heydər Əliyev Mərkəzində biznes nümayəndələri ilə növbəti görüş keçirilib. Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri də iştirak edib.
Görüşdə gömrük sistemində aparılan təkmilləşdirilmələr, gömrük-biznes münasibətlərinin gücləndirilməsi, idxal-ixrac əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi istiqamətində atılan addımlar barədə məlumat verilib, “Məcburi qərarlar” layihəsinin əhəmiyyəti, əldə edilməsi və üstünlükləri barədə təqdimat nümayiş etdirilib.
Tədbirdə sahibkarları maraqlandıran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, təklif və rəylər dinlənilib, onların sualları ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi