Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsində Cənubi Koreyanın nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsində Cənubi Koreyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 23-də Dövlət Gömrük Komitəsində Cənubi Koreyanın HO ENT Korporasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin aparat rəhbərinin müavini Kənan Əsədov və HO ENT korporasiyasının Baş İcraçı Direktoru Sunq-Sil Baekin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında keçirilən görüşdə iki ölkənin gömrük orqanlarının əməkdaşlıqdan məmnunluqla bəhs edilib, gömrük işinin təşkili sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi, müasir texnologiyaların tətbiqi, koreyalı mütəxəssislərin avadanlıqlarla təminat və təlim bacarıqlarının artırılması baxımından göstərdikləri dəstək, birgə layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra “TAKTIC - Azərbaycanın Orta Dəhliz üçün Transxəzər Gömrük Bilik və Təlim Platforması” layihəsi təqdim olunub.

Sonda layihə ilə bağlı müzakirələr aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

23 May 2025 18:09
195