Gömrük xidmətlərinin təşkili ilə bağlı sorğu keçirilib
Gömrük xidmətlərinin təşkili ilə bağlı sorğu keçirilib
7-9 may tarixlərində Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın təşkilatçılığı və könüllü gömrükçülərin dəstəyi ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişinlərin gömrük xidmətləri ilə bağlı məmnunluq səviyyəsinə dair sorğu keçirilib. Sorğuda 954 respondent iştirak edib. Sorğuya əsasən hava nəqliyyatı vasitəsilə ölkəmizə gələn sərnişinlərin 94%-i gömrük xidmətinin təşkilindən, gömrük əməkdaşlarının münasibət və davranışlarından razı qaldıqlarını bildiriblər.
Ümumilikdə 20-dən çox ölkədən 32 reys üzrə sərnişinlərin fikir və rəyləri öyrənilib.
Sorğunun nəticələri ilə bağlı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin aidiyyəti bölmələrinin əməkdaşları ilə görüş keçirilib. Görüşdə zəif və güclü tərəflər, respondentlərin təklif və rəyləri, xidmət səviyyəsinin daha da yüksəldilməsi ilə bağlı həyata keçiriləcək tədbirlərə dair fikir mübadiləsi aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi