Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

28 may - Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib

28 may - Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib

Gəncə Gömrük İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 107-ci ildönümünə həsr olunmuş "Azərbaycan dövlətçiliyinin tarixində gömrük işi" mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin əməkdaşları və gömrükçülər tərəfindən Azərbaycan gömrüyünün tarixi inkişafı və müasir dövrü barədə məruzələr təqdim edilib.

Tədbirdə həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövrünün gömrük işinə dair fotoşəkillərdən ibarət təqdimat və videoçarx nümayiş etdirilib.

Astara Gömrük İdaqrəsində keçirilən tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti barədə məlumat verilib, 28 May - Müstəqillik Gününün tarixi əhəmiyyətindən bəhs edilərək 107 il öncə qurulan cümhuriyyətin çoxəsrlik dövlətçilik ənənələrimizin davamı olduğu vurğulanıb.

Sonda 28 May - Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

27 May 2025 19:51
195