DGKA-da 28 May - Müstəqillik Günü qeyd olunub
DGKA-da 28 May - Müstəqillik Günü qeyd olunub
Dövlət Gömrük Komitəsinin Akademiyasında 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov 28 May - Müstəqillik Gününün tarixi əhəmiyyətindən bəhs edilərək 107 il öncə qurulan cümhuriyyətin çoxəsrlik dövlətçilik ənənələrimizin davamı olduğunu vurğulayıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətimizin əbədiliyi təmin edilib, Prezident İlham Əliyevin uğurlu siyasəti, Azərbaycan ordusunun rəşadəti hesabına ölkəmizin suverenliyi tam bərpa olunub.
Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən, şəhidlərimizin qəhrəmanlığından qürurla bəhs ediblər.
Tədbir bədii hissə ilə davam edib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi